Menu

43 yaşlı kişi intihar edib

27.06.2023, 09:09
43 yaşlı kişi intihar edib

Qazax rayonunda yerli sakin özünü yarımçıq tikilinin çardağından asaraq intihar edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Vaqif oğlu Şıxıyev həyətlərindəki yarımçıq tikilinin çardağından asaraq intihar edib.

Onun subay olduğu, ata-anası ilə birgə yaşadığı və özünə qapanmaları olduğu bildirilir.

İntiharın səbəbi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol