Menu

Britaniyanın XİN rəhbəri İsveçin NATO üzvlüyünü müzakirə edəcək

27.06.2023, 09:29
Britaniyanın XİN rəhbəri İsveçin NATO üzvlüyünü müzakirə edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu həftə İsveçə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazıb.

Qeyd olunub ki, siyasətçi Skandinaviya ölkəsinin NATO-ya daxil olmasını dəstəkləməyə davam edəcək.

Kleverli isveçli həmkarı Tobias Billström və İsveçin müdafiə naziri Paul Yonson ilə görüşərək Avropanın təhlükəsizliyini və iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasını, o cümlədən birgə təlimləri müzakirə edəcək.

Görüş Baltik dənizindəki Qotland adasında baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol