Menu

“Ukraynalı diversantların Belqorodda irəliləməsinin qarşısını almışıq” – Kadırov

28.06.2023, 00:03
“Ukraynalı diversantların Belqorodda irəliləməsinin qarşısını almışıq” – Kadırov

Çeçen döyüşçüləri Ukrayna kəşfiyyat-diversiya qruplarının Belqorod vilayətinin Şetinovka və Bohun-Qorodka istiqamətində irəliləmək cəhdini dəf ediblər.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov çərşənbə axşamı özünün Telegram kanalında məlumat verib.

"Biz Şetinovka və Bohun-Qorodka istiqamətində döyüş tapşırıqlarını effektiv həll etməyə nail oluruq. Bir gün əvvəl bütün lazımi kəşfiyyat məlumatlarını toplayan əsgərlərimiz cavabdehlik zonasında düşmən qrupunu artilleriya atəşinə məruz qoyub və diversantların irəliləmək cəhdinin qarşısı alınıb”, – Kadırov yazıb.

O vurğulayıb ki, bu, hər dəfə “düşmən müdafiə xəttinə yaxınlaşmağa cəhd edəndə” baş verir.

Çeçenistan rəhbəri hadisə yerində olan və döyüş planı üzərində çalışan Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin respublikanın Kurçaloyevski və Şatoy rayonları üzrə idarə rəisləri Rüstəm Aquev və Qairbek Delimxanova minnətdarlığını bildirib.

Kadırov bundan əvvəl Aquevə yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanlarında əməkdaşlıq qurmaq barədə göstəriş vermişdi.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol