Menu

Tramp Çinin Baydenə nəzarət etdiyini deyib

28.06.2023, 08:43
Tramp Çinin Baydenə nəzarət etdiyini deyib

Co Bayden Çinin nəzarəti altındadır.

APA xəbər verir ki, bu fikiri ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Nyu-Hempşirdə Respublikaçı Qadınlar Federasiyasının tədbirində çıxışı zamanı səsləndirilib.

Trampın fikrincə, Bayden heç nə etmir,.Çünki o, Çinin nəzarətindədir.

Sabiq Prezident bildirib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, Çindən 48 saat ərzində bütün hərbi və casus texnikasını Kubadan çıxarmağı tələb edəcək.

Bundan əvvəl ABŞ mediası Çinin 2019-cu ildən bəri Kubadakı hərbi bazasından ABŞ-a dair kəşfiyyat məlumatlarını toplamaq üçün istifadə etdiyini yazmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol