Varşava hava hücumundan müdafiə sistemini modernləşdirməyə qərar verib.
“AzPolitika.info” “Reuters”a istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti Polşaya 15 milyard dollar dəyərində HHM tipli və raket əleyhinə müdafiə sistemlərinə inteqrasiya olunmuş müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Dövlət Departamentinin təsdiqinə baxmayaraq, məlumatda müqavilənin imzalandığı və ya danışıqların başa çatdığı göstərilmir.
Pentaqonun məlumatına görə, paketə 48 vahid "Patriot" buraxılış qurğusu və 644 vahid “Patriot Advanced Capability 3 Missile Segment Enhanced”raket qurğuları, rabitə şəbəkələri, sensorlar, köməkçi avadanlıqlar, ehtiyat hissələri və texniki dəstək daxildir.
Pentaqonun Təhlükəsizlik və Müdafiə Xidmətləri üzrə Əməkdaşlıq Agentliyi çərşənbə günü mümkün satış barədə Konqresə məlumat verib. Pentaqon bildirib ki, “Raytheon Corp” və “Lockheed Martin” silah tədarükü üzrə əsas podratçılardır.
Rüfət
"AzPolitika.info"


Şərhlər