Menu

Daşkəsəndə 23 yaşlı oğlanı sel apardı - FOTO

30.06.2023, 00:18
Daşkəsəndə 23 yaşlı oğlanı sel apardı - FOTO

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb. “Report”un məlumatına görə, dünən axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol