Menu

BVF Pakistana 3 milyard dollar kredit ayıracaq

30.06.2023, 11:26
BVF Pakistana 3 milyard dollar kredit ayıracaq

Beynəlxalq Valyuta Fondu (BVF) artıq defolt astanasında olan Pakistanla 3 milyard dollarlıq “stand-by” krediti ilə bağlı razılaşma əldə edib.

“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.

İyul ayında BVF idarə heyəti tərəfindən təsdiqlənəcək razılaşma - səkkiz aylıq gecikmədən sonra gəlir və kəskin ödəniş balansı böhranı, habelə valyuta ehtiyatlarının azalması ilə mübarizə aparan Pakistana bir qədər möhlət verir.

Maliyyə Naziri İshaq Dar cümə günü səhər saatlarında müqavilə elan edildikdən sonra, "Allaha həmd olsun" deyə “Tvitter”də paylaşım edib.

Pakistan cümə günü BVF-dən razılaşma ilə bağlı rəsmi sənədləri alacaq.

İ.Dar Reuters-ə bildirib ki, o, "razılaşmanı imzalayacaq, möhürləyəcək və bu gecə geri qayıdacaq".

Yüksək inflyasiya və idxal üçün valyuta ehtiyatlarının tükənməsi Pakistanı iqtisadiyyatını çətin vəziyyətə salıb.

Qeyd edək ki, 1952-ci ildə BVF tərəfindən müxtəlif ölkələrə ayrılan “Stand by” krediti bu borcun rezervləşməsini və borc alan ölkənin müəyyən müddət ərzində (12 aydan 24 aya qədər), kəskin ehtiyaclar yarandıqda ya qismən, ya da tamamilə bu kreditdən faydalana bilər.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol