“Mən istəyirəm ki, insanlar bu gülünc müharibəyə görə ölməyi dayandırsınlar”.
"AzPolitika.info" xəbər verir ki, bunu ABŞ-ın 45-ci Prezidenti Donald Tramp Böyük Britaniyanın "Reuters" nəşrinə müsahibəsində deyib.
O, bildirib ki, Putin Rusiyadakı qiyamdan sonra bir qədər zəifləyib.
Tramp hesab edir ki, indi Vaşinqtonun Rusiya və Ukrayna arasında danışıqlar yolu ilə sülhə nail olmasının əsl vaxtıdır.
O, Ukrayna hökumətinin müharibəni dayandırmaq üçün müəyyən əraziləri Rusiyaya verməli ola biləcəyini istisna etməyib.
"Düşünürəm ki, Ukraynanın geri qazandıqlarının çoxunu əlində saxlamaq hüququ olacaq və məncə, Rusiya da bununla razılaşacaq. Ukraynaya düzgün vasitəçi lazımdır, amma bizdə hazırda bu yoxdur", - Tramp deyib.
"AzPolitika.info"


Şərhlər
Trupun dedesinin torpaqidi beyem ? ay sherefsiz