Menu

Haaqada Belarus səfirliyinin binasına hücum edilib

02.07.2023, 18:11
Haaqada Belarus səfirliyinin binasına hücum edilib

Niderlandda bir nəfər Belarus səfirliyinin binasına ziyan vurub. O, binanı rəngləyib, pəncərələri sındırıb.

Bu barədə “Report” “Omroep West”ə istinadən xəbər verir.

Hadisə iyulun 2-nə keçən gecə Haaqa şəhərində baş verib. Naməlum şəxs pəncərələri sındıraraq səfirliyin binasını rəngləyib.

Niderlandın hüquq-mühafizə orqanlarının əməkdaşları səfirliyə ziyan vuran şəxsi saxlayıb. Polis ərazini mühasirəyə alıb və araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol