Menu

DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

02.07.2023, 21:11
DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

Daxili İşlər Nazirliyi (DİN) təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib.

Bu barədə DİN-dən  bildirilib ki, bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi.

"Odur ki, bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyərək anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk", - deyə DİN-dən qeyd edilib.

Şərhlər

kohne 2023-07-03 04:31:06

sele döndermeyin...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol