Menu

Moldova Prezidenti Gürcüstan hakimiyyətinə Saakaşvili ilə bağlı çağırış edib

04.07.2023, 18:34
Moldova Prezidenti Gürcüstan hakimiyyətinə Saakaşvili ilə bağlı çağırış edib

Moldova Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır.

“Report” xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu tviter səhifəsində yazıb.

O qeyd edib ki, söhbət vətənində həbsdə olan siyasətçinin səhhətindən gedir: “Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol