Menu

İranın XİN rəhbəri Azərbaycana gəlib

05.07.2023, 00:52
İranın XİN rəhbəri Azərbaycana gəlib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfəri başlayıb.

“Report” xəbər verir ki, səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.

Nazir tviterdə qeyd edib ki, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir: “Bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.

Bundan başqa, səfər çərçivəsində nazirin Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Şərhlər

dadaşyev 2023-07-05 21:29:01

Bu heyvərə ilin əvvəlində iranın qudurduğu vaxtlarda ermənistanda hırıldayaraq demişdi ki,Azərbaycana bir balaca qulaqburması vermək lazımdır.İstərəm bizim jurnalistlərdən birisi ondan soruşsun ki,”Bizə qulaqburması vermək həvəsi hələ də qəlbinizdədirmi,yoxsa Hülusi Akar gəlib sizlərin ünvanına bəzi sözlər deyəndən sonra “Türkiyə bizi minər” deyib o həvəsi qəlbinizin qəbristanlığına gömdünüz birdəfəlik qorxunuzdan?”

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol