Qarabağdakı qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan xaricdəki erməni diasporasının fəaliyyətindən narazılığını bildirib.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Nersisyan diasporanın Qarabağdakı ermənilərin problemlərini beynəlxalq qurumların və Qərb dövlətlərinin rəhbərliyi səviyyəsinə qaldıra bilmədiyini deyib.
O, nə Ermənistanın, nə də xaricdəki erməni diasporunun separatçılara lazımi dəstəyi verməməsindən gileylənib: “Diasporanın səyləri bizi qane etmir”.
Nersisyan deyib ki, Qarabağdakı ermənilər hələ də anlaya bilmirlər ki, beynəlxalq qurumlar və Qərb dövlətləri nədən onlara biganə münasibət göstərirlər.
“AzPolitika.info”


Şərhlər