Menu

“RİA Novosti”nin baş prodüseri intihar edib

21.11.2014, 18:49
“RİA Novosti”nin baş prodüseri intihar edib

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin (“RİA Novosti”) prodüser mərkəzinin rəhbəri Anton Kostılyov Moskvadakı mənzilində intihar edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun meyitini qohumları hamam otağında aşkar ediblər.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, 45 yaşlı jurnalist şalvar kəməri ilə özünü hamamdakı istilik borusundan asıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol