Menu

Hollandiya hökuməti miqrasiya siyasətinə görə istefaya göndərilir

08.07.2023, 00:03
Hollandiya hökuməti miqrasiya siyasətinə görə istefaya göndərilir

Hollandiyanın baş naziri Mark Rutte immiqrasiyanın qarşısını almaq üçün tədbirlər haqqında razılığa gələ bilmədiyi üçün kabinetini istefaya göndərəcək.

“AzPolitika.info” “Reuters”ə istinadla xəbər verir ki, bu haqda Hollandiyanın ANP xəbər agentliyi cümə günü bildirib.

Ruttenin ofisi onun fövqəladə kabinet iclası keçirəcəyini bildirib, lakin onun dördüncü koalisiya hökumətinin dağılmasını təsdiqləməyib.

Ruttenin mühafizəkar VVD partiyasının Hollandiyaya sığınacaq axtaranların axınını məhdudlaşdırmaq üçün etdiyi təklif onun dörd partiyalı hökumət koalisiyasını parçaladı. Çünki iki kiçik partiya onun təkliflərini dəstəkləməkdən imtina etdi.

Gərginlik bu həftə Ruttenin müharibə qaçqınlarının uşaqlarının Hollandiyaya girişini məhdudlaşdırmaq və ailələri birləşdirmək üçün ən azı iki il gözləmək təklifinə dəstək tələb etdikdən sonra zirvəyə çatdı.

Bu son təklifdən sonra Xristian İttifaqıı hökumət koalisiyasından çıxmağa qərar verib və böhrana səbəb olub.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol