Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər. “Xezerxeber.az”ın məlumatına görə, xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştrak edirlər.
Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi?
İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, sənətçini Azərbaycana dəvət edən şəxs onun vergisini ödəməlidir. Əgər sifarişçi bundan imtina edirsə, burada qazanan tərəf, yəni müğənninin özü vergi ödənişini etməlidir. Bu hal Vergilər Məcəlləsinin 125-ci maddəsində də göstərilir. Qeyd olunur ki, gəlirin 10 faizi vergiyə cəlb edilməlidir.
Ekspert deyir ki, gələn müğənnilər əgər vergi ödəmirsə və vergi bəyannaməsini etmirsə, məbləğ böyük olduğu üçün həmin şəxs barəsində qanuna uyğun olaraq axtarış verilə, hətta cinayət işi də başlana bilər.
Məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, əcnəbi müğənniləri Azərəbaycana dəvət edən təşkilatçılar adətən özləri vergi ödənişi edirlər. Qaldı ki ən son türkiyəli müğənni Ebru Gündeşin bu günlərdə Şəmkirdə toy məclisində oxuduqdan sonra vergi ödəyib - ödəməməsinə, Xidmətdən bildirildi ki, bu barədə bazar ertəsi ətraflı məlumat verəcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Şərhlər
Ebru Gündəş Azərbaycan vətəndaşı deyil ki,Azəraycana vergi ödəsin.O öz gəlirindən öz vətənində,yəni Türkiyədə vergi ödəmə məsuliyyəti var ki, onu da oradan öyrənmək olar.
İzah doğru və qanuni deyil.Çünki,xarici vətəndaş mənsub olduğu ölkədə vergi ödəməyə borcludur.Kiminsə fərziyyəsi qanun deyil.İkili vergi ödənməsi fantaziyadır.
Ebru Gündeş rtistdir,Dəvət alıb.razılaşıb.gəlib və qazancınndan Türkiyədə vergi verə bilər.Onun AZərbaycanda vergi ödəmək məsuliyyəti yoxdur.ancaq məsələnin ikinci tərəfi var.Görəsən bu kiməsə söykənən (çünki Azəraycanda sərbət,qazanmasına imkan verilən biznesmen yoxdur!) millətdən bu qədər pul "qazanan" biznesmen qazancından dövlətə vergi ödəyibmi? və bu pulu necə qazanıb?Bax məsələnin kökü buradadır.Çünki zəhmətlə qazanılan pul belə məsrəf edilə bilməz!
Siz yazın VASO 100 milyardı biz ....... millətə atdı. Niyə onun xətrinə dəyən yoxdur. Niyə onu qaytarıb xalqa vermirlər. Milləti insan yerinə saymırlar. Kasıb kütlə millət acından ölür. Yoxsa ERBÜ vergi verdimi. Çəkməçidən vergi tələb edirlər cərimə edirlər. Milyardları TRİLYONLARI bizə atanlardan soruşan yoxdur.