Menu

“Vaqner” döyüşçüləri Mərkəzi Afrikanı tərk edir – “Onların yerinə başqaları gələcək”

09.07.2023, 11:13
“Vaqner” döyüşçüləri Mərkəzi Afrikanı tərk edir – “Onların yerinə başqaları gələcək”

Yüzlərlə “Vaqner” muzdusunun Mərkəzi Afrika Respublikasını tərk etməsi geri çəkilmə yox, rotasiyanın bir hissəsidir.

"AzPolitika.info" “Reuters”ə istinadla bildirir ki, bu açıqlama MAR president administrasiyasından verilib.

Ölkə rəhbərliyi bu hadisəsnin sadəcə yerdəyişmə olduğunu, onların yerinə yenilərinin gələcəyini bildirib.

“Bəziləri gedib, başqaları gələcək”, - deyə president sözçüsü Albert Yaloke Mokpem bildirib.

Qeyd edək ki, 2018-ci ildən bəri “Vaqner” təşkilatının muzdluları MAR-da müxalif silahlı qruplaşmalarla mübarizədə hakimiyyətə dəstək verir, həmçinin, yerli qoşunların təlimlərində iştirak edirlər.

Rusiya hakimiyyəti də açıq şəkildə MAR rəhbərliyini dəstəkləyib və xeyli sayda silah-sursat yardımı göstərib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol