Menu

Rusiyadan NATO-ya çağırış - “Sammitdə Zaporojye AES-i də müzakirə edin!”

09.07.2023, 12:14
Rusiyadan NATO-ya çağırış - “Sammitdə Zaporojye AES-i də müzakirə edin!”

NATO liderləri Vilnüsdə gözlənilən sammitdə Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını müzakirə etməlidirlər.

“AzPolitika.info” “Reuters”ə istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

NATO liderləri iyulun 11-12-də Vilnüsdə Ukraynanın üzvlük iddiası və İsveçin qoşulması ilə bağlı fikir ayrılıqlarından tutmuş sursat ehtiyatlarının artırılmasına və onilliklər ərzində ilk müdafiə planlarının nəzərdən keçirilməsinə qədər geniş mövzuları həll etmək üçün görüşəcəklər.

Ukraynanı Zaporojye AES-ə “sistemli ziyan vurmaqda” ittiham edən Zaxarova deyib ki, “NATO sammitinin əsas diqqəti buna yönəlməlidir”.

“Axı, alyans üzvlərinin böyük əksəriyyəti birbaşa təsir zonasında olacaq” – deyə Zaxarova Telegram mesajlaşma proqramında bildirib.

Vilnüs Avropanın ən böyük AES-indən təxminən 1000 kilometr məsafədədir.

Rüfət

AzPolitika.info

Şərhlər

Bəhram 2023-07-10 11:35:09

Nə qədər ki, BMT Mühakimə edici və Vasitəçilərlə (NATO, Çin və s) NNizamlayıcı fəaliyyət göstərməyəcək, onun həlledici səsli üzzvləri belə zəifə ZÜLMKAR, CİNAYƏTKARA ədalətsiz-təsirsiz mövqedə qalacaqlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol