Bu gün saat 14-də keçmiş millət vəkili, iş adamı Nazim Bəydəmirlinin apellyasiya şikayətinə baxılacaq. Bu barədə “AzPolitika.info”ya iş adamının vəkili Aqil Layıc məlumat vcerib.
Vəkil bildirib ki, məhkəmədə iş adamı barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini tələb edəcəklər.
Vəkil qeyd edib ki, proses qapalı olacaq və orada Nazim Bəydəmirlinin iştirakı gözlənilir.
Xatırladaq ki, Nazim Bəydəmirli DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. İş adamı Cinayət Məcəlləsinin 182.2.4 maddəsi - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
“AzPolitika.info”


Şərhlər