Menu

Ukrayna ordusu Baxmutda dominant yüksəkliklərə nəzarəti təmin edib

10.07.2023, 16:54
Ukrayna ordusu Baxmutda dominant yüksəkliklərə nəzarəti təmin edib

Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı əsas yüksəkliklərə nəzarəti təmin edib.

“Report” xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusu Baxmutda uğurla irəliləyir.

Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski isə bu gün bildirmişdi ki, Rusiya ordusu Baxmutda tələyə düşüb.

Qeyd edək ki, təxminən 9 aydır şəhərdə gərgin döyüşlər gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol