Menu

NATO-da “Rusiyadan müdafiə planı” qəbul olunacaq - Soyuq müharibədən sonra ilk dəfə

11.07.2023, 12:19
NATO-da “Rusiyadan müdafiə planı” qəbul olunacaq - Soyuq müharibədən sonra ilk dəfə

Şimali Atlantik Alyansına (NATO) daxil olan müttəfiqlər soyuq müharibə dövründən bəri ilk dəfə olaraq, Rusiya tərəfdən olacaq hücum ehtimalına qarşı birgə müdafiə planlarını qəbul etməyə razılaşıblar.

“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.

Beş diplomatın “Reuters” agentliyinə verdiyi məlumata görə, NATO müttəfiqləri Vilnüsdə keçiriləcək zirvə görüşünə bir gün qalmış “Türkiyə maneəsini” aşaraq, alyansın Rusiyanın hücumuna necə cavab verəcəyini təfərrüatlandıran müdafiə planları üzrə razılığa gəliblər.

NATO onilliklər ərzində genişmiqyaslı müdafiə planlarına ehtiyac görmürdü, çünki Əfqanıstan və İraqda daha kiçik müharibələr apardı və müəyyən postsovet Rusiyasının artıq ekzistensial təhlükə yaratmadığını hiss edib.

Lakin Avropanın 1945-ci ildən bəri ən qanlı müharibəsi Ukraynada gedir və bu, müttəfliqləri təcili tədbirlər görməyə vadar edir.

Türkiyə NATO-nun “regional planlar” adlandırdığı planların təsdiqini Kipr məsələsinə - coğrafi adlandırmaya görə əngəlləyirdi.

"Alyans üçün əladır. Türkiyə güzəştə getməli və bu istinadı (Kiprlə bağlı iradları – red.) qaldırmalı idi", - diplomatlardan biri “Reuters” agentliyinə deyib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol