Menu

NAXÇIVANDA YENİ DÖVLƏT QURUMLARI YARADILDI - Bir dövlət xidməti və 2 publik hüquqi şəxs ləğv edildi (Yenilənib)

11.07.2023, 10:02
NAXÇIVANDA YENİ DÖVLƏT QURUMLARI YARADILDI - Bir dövlət xidməti və 2 publik hüquqi şəxs ləğv edildi (Yenilənib)

Naxçıvan Muxtar Respublikasında yeni qurumlar yaradılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb.

Naxçıvan Muxtar Respublikasında olan bəzi publik hüquqi şəxslər ləğv edilib.

Belə ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi ləğv edilərək əmlakı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.

Fərmana əsasən, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, "Naxçıvan Aqrar Xidmətlər Mərkəzi" publik hüquqi şəxsi, "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına "Araz" Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.

Bundan əlavə Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb. Fərmana əsasən, xidmətin şəhər və rayonlarda yerləşən əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol