Menu

“İsrail Fələstini açıq hava həbsxanasına çevirib” – BMT eksperti

11.07.2023, 18:26
“İsrail Fələstini açıq hava həbsxanasına çevirib” – BMT eksperti

Birləşmiş Millətlər Təşkilatının eksperti Frnçeska Albanes bildirib ki, İsrail fələstinliləri geniş şəkildə həbs etməklə işğal etdiyi Fələstin ərazilərini "açıq hava həbsxanasına" çevirib.

"AzPolitika.info" “Reuters”ə istinadla xəbər verir ki, BMT-nin xüsusi məruzəçisi Frnçeska Albanese Cenevrədə jurnalistlərə bildirib ki, İsrail 1967-ci il Yaxın Şərq müharibəsindən bəri fələstinliləri geniş, sistemli və özbaşına həbs edib.

İsrailin BMT-dəki daimi nümayəndəliyi “Reuters”-in sorğusuna cavab verməyib.

Albanesehesabatı təqdim etməzdən əvvəl işğal olunmuş Fələstin torpaqlarına səfər etmədiyini söyləyib. Bunu İsrailin onun ölkəyə girişini asanlaşdırmaqdan imtina etməsini ilə əlaqələndirib. İsraildə qeyri-qanuni saxlanma praktikalarının artdığını, bunun beynəlxalq cinayət sayıla biləcəyini qeyd edib.

“Bütün fələstinliləri potensial təhdid hesab edərək, İsrail öz təhlükəsizliyi ilə ilhaq planının təhlükəsizliyi arasındakı sərhədi pozur... Fələstinlilər heç bir sübut olmadan günahkar sayılırlar, orderlər olmadan həbs edilirlər, tez-tez ittiham və ya mühakimə olmadan həbs olunurlar və İsrail nəzarətində vəhşiliyə məruz qalırlar”.

AlbaneseBMT-yə təqdim etdiyi hesabatda 1967-ci ildən bəri 800000-dən çox fələstinlinin, o cümlədən 12 yaşından kiçik uşaqların İsrail hakimiyyəti tərəfindən həbs olunduğunu müəyyən edib.

Hesabatın altı aylıq araşdırmaya və məsləhətləşmələrə, ifadələrə, maraqlı tərəflərin töhfələrinə, ilkin və ictimai mənbələrin hərtərəfli nəzərdən keçirilməsinə əsaslandığını vurğulayıb.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol