Menu

"17 560 ədəd məhsulun satışı dayandırılıb" - AQTA sədri

12.07.2023, 11:29
"17 560 ədəd məhsulun satışı dayandırılıb" - AQTA sədri

Artıq qida məhsullarının üzərində birmənalı olaraq Azərbaycan dilində etiket məlumatlarının olması təmin edilib. Hətta “müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı aşkarlanan uyğunsuzluqlarla əlaqədar 17 560 ədəd məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılıb:

"Həmçinin üzərində qida məhsuluna xas olmayan xüsusiyyətin göstərilməsi, habelə xas olan xüsusiyyətin qabardılmaqla göstərilməsi halları müəyyənləşdirilərək ciddi tədbirlər həyata keçirilib".

AQTA sədri xatırladıb ki, bu ilin yanvarın 1-dən qüvvəyə minən adıçəkilən qanunun icrası ilə bağlı hazırlanan 15 normativ hüquqi akt layihəsindən 10-u Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib:

"Qanundan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra zəruri işlər görülüb. Qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və tənzimlənməsi, idxal, ixrac və digər sahələr üzrə uğurlar əldə olunub".

Şərhlər

Vətəndaş 2023-07-12 15:36:28

AQTA niyə marketlərdə satılan sonradan fiktiv qablaşdırılan tərkibi şübhəli olan "kərə yağı" adı ilə baha qiymətə satılan yağarla maraqlanmır?Bunun kimi günəbaxan və qarğıdaı yağlarının tərkibi də AQTA-nı niyə maraqlandırmır. İstifadə müddəti btmiş makaron məmulatlarının AZərbaycanda yenidən paketlənib satılması AQTA-nı maraqlandırmır? Bu qurum yalnız rüşvət yığıb susmaq üçünmü yaradılıb?Bəs hökumət niyə bunlarla maraqlanmır?Kİm AQTA-nln fəaliyyətinə nəzarət edir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol