Rusiya ordusu Tavriya istiqamətində ağır itkilər verib.
“AzPolitika.info” xəbər verir ki, əməliyyatlar zamanı rusların 3 silah-sursat anbarı və 22 texnikası məhv edilib.
“Tavriya” əməliyyat-strateji qruplaşmasının komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib ki, bu istiqamətdə döyüşlər hələ də davam edir. Onun sözlərinə görə, son sutka ərzində düşmən Ukrayna mövqelərinə 19 dəfə hücum edib.
Tarnavski bildirib ki, rus ordusunun ölən və yaralananlarla birlikdə ümumi itkisi iki rotadan çox olub.
“AzPolitika.info”


Şərhlər