Menu

Rusiyada kənd yanır – VİDEO

12.07.2023, 22:45
Rusiyada kənd yanır – VİDEO

Sverdlovsk vilayətinin Şaydurixa kəndində yanğın artıq 27 evi bürüyüb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib.

“Hazırda yanğın 27-ə yaxın evi əhatə edib. 58 nəfər təxliyyə olunub”, - o, deyib.

Kənddə ümumilikdə 365 nəfərin yaşadığı və 170 evin olduğu vurğulanıb.

Təxliyə edilənlərin müvəqqəti olaraq Nevyansk Mədəniyyət Evinə köçürüldüyü qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol