Menu

Makron İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib

13.07.2023, 09:06
Makron İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib

Fransa prezidenti Emmanuel Makron Tehranın Moskvaya pilotsuz uçuş aparatları çatdırması ilə bağlı xəbərlərə baxmayaraq, İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə “RİA” Novosti məlumat yayıb.

“Alyansın məqsədi hər həftə kimisə düşmən elan etmək deyil, müttəfiqlərin maraqları və ya təhlükəsizliyi təhdid edildiyi zaman lazım olan yerdə təzyiq göstərməkdir”, - Fransa prezidenti bildirib.

Makron həmçinin bildirib ki, Ukrayna lideri Volodimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var, o cümlədən ölkənin NATO-ya qəbulu məsələsində. Onun sözlərinə görə, qısa və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək Qərb ölkələrinin üzərinə düşür.

Şərhlər

Faiq 2023-07-13 09:33:44

Makaron anlayır ki İran fars hökuməti Fransa tərəfindən qurulub qərbin maraqlarına xidmət edir. Farslar kafirlərle birləşib islama qarşı, müsəlmanlara qarşı mübarizə aparırlar, dini məzhəblərə bölüb islami zəiflətmək üçün əllərindən gələni edirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol