Menu

“İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir” - Ərdoğan

13.07.2023, 14:12
“İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir” - Ərdoğan

“İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, toplantı zamanı bu məsələ müzakirə olunub: “Mövqeyimiz məlumdur. Siyasətimizi davam etdirəcəyik. İsvaçin NATO-ya üzvlüyünü Türkiyə Böyük Millət Məclisi təsdiqləyəcək”.

Ərdoğan söyləyib ki, rəsmi Ankara öz mənfəətlərinə uyğun addımlar atacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol