Menu

Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirib - VİDEO

13.07.2023, 14:25
Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirib - VİDEO

Şimali Koreya “Hwasong-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Şimali Koreya mətbuatı məlumat yayıb.

Məlumata görə, 6649 km hündürlüyə qalxan raket təxminən 1001 km məsafə qət edib.

Yaponiya raketin Koreya yarımadasının şərqindəki dənizə və Yaponiyanın şimalındakı Okuşiri adasından təxminən 250 km qərbə düşdüyünü bildirib.

Raketin sınaq uçuşlarını izləyən Şimali Koreya lideri Kim Çen In bildirib ki, ABŞ və müttəfiqləri düşmənçilik siyasətindən əl çəkənə qədər ölkəsi özünü qorumaq üçün getdikcə daha güclü tədbirlər görəcək.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol