Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla növbəti görüşü iyulun 15-də Brüsseldə baş tuta bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu iyulun 13-də hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Mən artıq bu görüşdə iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq” – deyə, Paşinyan bildirib.
O xatırladıb ki, iyulun 12-də Ermənistanla Azərbaycan sərhədində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə dövlət komissiyalarının dördüncü iclası keçirilib.
“AzPolitika.info”


Şərhlər