Menu

“Qəbələ” fransalı hücumçunu heyətinə qatdı

14.07.2023, 21:54
“Qəbələ” fransalı hücumçunu heyətinə qatdı

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

“Qırmızı-qaralar”dan verilən məlumata görə, klub Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib.

29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent-Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol