ECB Rusiya Federasiyasının dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı Avropa Komissiyası və Avropa Mərkəzi bankı (AMB) arasında mübahisə yaranıb.
“AzPolitika.info” bu barədə “Bloomberg”ə istinadla xəbər verir.
“Bloomberg” məsələ ilə bağlı məlumatlı insanlara istinadla bildirib ki, Avropa İttifaqı Avropa Mərkəzi Bankı ilə Rusiya Mərkəzi Bankının dondurulmuş 200 milyard avrodan çox aktivlərindən əldə olunan gəlirdən Ukraynanın bərpasına kömək etmək üçün istifadə etmək planları ilə bağlı mübahisəyə girib.
“Bloomberg” xəbər verir ki, AMB rəhbəri Christine Lagarde xəbərdarlıq edib ki, sanksiyalara məruz qalan aktivlərə qarşı tədbirlər avrozonanın maliyyə sabitliyinə və vahid valyutanın likvidliyinə təhlükə yarada bilər.
O qeyd edib ki, təhlükə altında olan məbləğin həcmi bu addımın Ukraynaya veriləcək bir neçə milyarddan çoxdur. Mənbə yazır ki, bəzi Aİ-yə üzv ölkələr Laqardın xəbərdarlığını dəstəkləyib.
Agentlik qeyd edir ki, Rusiya Federasiyasının dondurulmuş aktivləri təxminən 3 milyard avro gəlir gətirə bilər, baxmayaraq ki, bəzi hesablamalara görə, bu rəqəm daha da yüksək ola bilər.
Daha əvvəl bildirilmişdi ki, Aİ səlahiyyətliləri Rusiya Federasiyasının Avropa ölkələrində dondurulmuş aktivlərinin tam müsadirə edilməsini hədəf seçməyiblər və bunun üçün müvafiq hüquqi əsas yoxdur.
Rüfət
“AzPolitika.info”


Şərhlər