Menu

“Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir” - Zelenski

15.07.2023, 00:51
“Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir” - Zelenski

Rusiya Ukraynanın cənubunda və şərqində Silahlı Qüvvələrin hərəkətini dayandırmaq üçün hər cür səy göstərir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Hər kəs çox aydın - mümkün qədər aydın şəkildə başa düşməlidir ki, bizim cənub və şərq torpaqlarımızdakı Rusiya qoşunları döyüşçülərimizi dayandırmaq üçün əlindən gələni edir. Hər min metrlik irəliləyiş, hər bir döyüş briqadamızın alqışa layiqdir”, - Prezident deyib.

Zelenski həmçinin döyüşçülərə müraciət edərək, düşmən mövqelərinə basqın etdiklərinə və işğalçıların hücumlarını dəf etdiklərinə görə onlara təşəkkür edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol