Menu

Mingəçevir su anbarından Kürə buraxılan suyun həcmi artırılıb

16.07.2023, 12:00
Mingəçevir su anbarından Kürə buraxılan suyun həcmi artırılıb

Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb. Bu da Kür çayının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 kubmetr artırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək.

Qeyd edilib ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanılıb.

Şərhlər

Müh hesab 2023-07-16 13:03:09

Bəs, güclü və ötən illərə nisbətən çox sel-su haraya axdı? Tarixən belə nizamlamalar neçə dəfə istifadə olunub? Əgər, Migəçevir su anbarının bütün gücü (günəşdən, küləkdən faydalı) elekrik enerjisi verirdisə bu nizamlama necə təsir göstərəcəkdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol