Menu

KİV: Cənubi Koreyada güclü yağışlar nəticəsində ölənlərin sayı 35-ə çatıb

16.07.2023, 16:26
KİV: Cənubi Koreyada güclü yağışlar nəticəsində ölənlərin sayı 35-ə çatıb

Koreya Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 35 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Təhlükəsizlik Tədbirləri və Fəlakətlərə Qarşı Mübarizə üzrə Mərkəzi Qərargahın məlumatına görə, 33 nəfər ölüb: 17 nəfər Könsan-Pukto əyalətində, 11 nəfər Çxunçxon-Puktoda, 4 nəfər Çxunçxon-Namdoda və 1 nəfər Secon şəhərində. On nəfər itkin düşmüş hesab olunur. Onlardan doqquzu Könsan-Puktodandır. 22 nəfər xəsarət alıb.

Bununla belə, agentlik daha iki ölüm faktını əlavə edir. Belə ki, Çxunçxon-Pukto əyalətində yeraltı tuneldə başqa bir cəsəd tapılıb, Könsan-Puktoda daha bir ölüm hadisəsi qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol