ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində deyib.
"Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək", - o deyib.
Eyni zamanda, Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının “standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır” və Kiyev hələ də “bir çox islahatlar aparmalıdır”.


Şərhlər
Cənab c.Sallivanın Ukraynanın NATO ilə *təhlükəsizlik müsahibəsi* əksinə, Kremlin daha geniş müharibə təhlükəsindən siqnal verir? Kremlyane qərbə, NATOya, Avropaya qarşı Moldovadakı, əski Gürcüstan və Ermənistan ərazisindəki, Şimali, Uzaq Şərq, KTMT və Koreya hərbi qüvvələrini qərbə yönəltsə Avropa ABŞa, Kanadaya qaçmalı olmayacaqmı?