Menu

ABŞ-ın vitse-prezidenti: “Əhməd Davudoğludan dərs almalıyam”

22.11.2014, 09:22
ABŞ-ın vitse-prezidenti: “Əhməd Davudoğludan dərs almalıyam”

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Türkiyədə səfərdədir.

ABŞ rəsmisi Dolmabaxça sarayında Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransı keçirib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, mətbuat konfransında Cozef Bayden zarafatından qalmayıb:

“Ən son baş naziri görəndə o xarici işlər naziri idi. O daha yüksək posta keçdi, amma mən hələ də prezidentin müaviniyəm. Bu məsələdə Davudoğludan dərs almalıyam”,-deyən Cozef Baydenin bu ifadələrini Əhməd Davudoğlu gülüşlə qarşılayıb.

Qeyd edək ki, Cozef Bayden bundan əvvəl Kiyevdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol