Menu

ABŞ-ın məhdudiyyətləri Çinlə gərginliyi azaltmaq səylərini sarsıdır

18.07.2023, 00:19
ABŞ-ın məhdudiyyətləri Çinlə gərginliyi azaltmaq səylərini sarsıdır

Bayden administrasiyasının kvant hesablamaları, süni intellekt və yarımkeçiricilərlə məşğul olan Çin şirkətlərinə Amerika investisiyalarının yönəldilməsinə dair yeni məhdudiyyətlər tətbiq etmək planları ABŞ-ın Vaşinqton və Pekin arasında gərginliyi azaltmaq səylərinə zərbə vura bilər.

“The New York Times”yazır ki, gözlənilən məhdudiyyətlər ABŞ-ın Maliyyə naziri Janet Yellenin Çinə son səfərində yüksək səviyyəli Çin rəsmiləri ilə görüşləri zamanı müzakirə edilib. ABŞ Maliyyə Nazirliyi bir neçə məhdud, lakin yüksək strateji sektorlarda özəl kapital və vençur kapitalı investisiyalarını hədəfləmək məqsədi daşıyan məhdudiyyətlərin əhatə dairəsini daraltmağa çalışıb.

ABŞ Maliyyə Nazirliyi Çin daxilində narahatlıqları azaltmağa cəhd edib. Bununla belə, ABŞ hökumətinin bu cür hərəkətlərinin Çinin qəzəbinə səbəb olacağı və iki ölkənin bərpa etməyə çalışdığı yeni rabitə kanallarının ilk sınağı olacağı gözlənilir.

Maliyyə Nazirliyinin keçmiş rəsmisi, hazırda ABŞ-ın Valyuta və Maliyyə Təşkilatları Forumunun sədri Mark Sobel Çinə qarşı investisiya siyasətləri ilə bağlı narahatlıqlar olacağını deyib: "Çinlilərin bizimlə problemləri var və hər iki tərəf gərginliyin olduğunu aydın şəkildə başa düşür".

Çin və ABŞ arasında gərginlik 2022-ci ildə ABŞ Nümayəndələr Palatasının o vaxtkı spikeri Nensi Pelosinin Pekinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvana səfərindən sonra başlayıb. Çin hava şarının ABŞ hava məkanına daxil olması, Ukrayna münaqişəsi zamanı Pekinin Rusiya ilə tərəfdaşlığı və Çinin Tayvanı təhdid etməsindən sonra iki ölkə arasında gərginlik artıb.

Qanunvericilər və digər tədbir tərəfdarları bildirib ki, mövcud sistem ABŞ kapitalının Çinə axınına və son nəticədə ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yarada biləcək texnologiyaların maliyyələşdirilməsinə imkan verir. Maraqlıdır ki, ABŞ artıq öz şirkətlərinə müəyyən qabaqcıl texnologiyaların birbaşa Çinə satışını qadağan edib və potensial təhlükəsizlik riskləri üçün Çin şirkətlərinin Amerikaya qoyduğu investisiyaları izləyir. Bayden administrasiyasının üzvləri keçən ilin çox hissəsini investisiya məhdudiyyətlərinin nə qədər geniş tətbiq edilməli olduğunu qiymətləndirməyə sərf edib. Rəsmilər bu qərarın hansı təsirə səbəb ola biləcəyi barədə fikirlərini öyrənmək üçün biznes rəhbərləri ilə söhbətləşib. ABŞ hökuməti, deyəsən, şirkətlərdən Çinə planlaşdırdıqları sərmayələr haqqında hökumətə daha çox məlumat vermələrini və bir neçə həssas sahəyə investisiyaları qadağan edən bir tədbir görüb. May ayının əvvəlində maliyyə nazirinin investisiya təhlükəsizliyi üzrə köməkçisi Paul Rosen Senatın Bank Komitəsindəki dinləmələr zamanı demişdi ki, administrasiya milli təhlükəsizliyə təsir göstərən bəzi həssas texnologiyalara investisiyaları məhdudlaşdırmaq üçün dar və diqqətli proqram hazırlamaq üzərində işləyir.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol