Avropaya miqrant aparan qayıqların qarşısını almaq üçün kömək müqabilində Brüssel Tunisə milyonlarla avro həcmində maliyyə yardımı təklif edir.
“AzPolitika.info” Politico-ya istinadla xəbər verir ki, sövdələşmə ticarət, investisiya və yaşıl enerji kimi sahələrə də toxunmaqla, miqrasiyadan çox kənara çıxır.
Brüssel digər Şimali Afrika ölkələri ilə də oxşar müqavilələr bağlamaq niyyətindədir. Planları müzakirə etmək üçün anonim danışan Avropa İttifaqı(Aİ) rəsmisinin sözlərinə görə, artıq danışıqları aparan nümayəndələr Misir və Mərakeşi növbəti hədəflər kimi görürlər.
Aİ rəsmiləri Tunis razılaşmasının təkcə miqrasiya ilə bağlı olmadığını vurğulayıb. Rəsmi sənədlərdə ölkə enerjidən tutmuş rəqəmsal əlaqəyə qədər hər sahədə “tərəfdaş” kimi qeyd olunur.
Aİ rəsmiləri bu təklifin Tunis prezidenti Kais Saiedi razi salacağını deyirlər. O, iyun ayında ölkəsinin daha zəngin Avropa ölkələri üçün sərhəd mühafizəsi olmayacağını bəyan etmişdi.
Aİ Mərkəzi Aralıq dənizindən gedən miqrantların sayında artımdan sonra Tunisin sərhəd nəzarəti əməliyyatlarını dəstəkləmək üçün 105 milyon avro vəd edir.
Rüfət
AzPolitika.info


Şərhlər