Menu

Təbrizdən olan deputat həbs edilib

19.07.2023, 18:03
Təbrizdən olan deputat həbs edilib

İran parlamentinin Təbrizdən seçilmiş deputatı Əhməd Əlirza Beygi məhkəmənin qərarı ilə 1 il həbs cəzasına məhkum edilib.

“AzPolitika.info” xəbər verir ki, millət vəkili keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin deputatlara rüşvət olaraq avtomobillər verməsini ifşa edib. Lakin məhkəmə təbrizli deputatı “yalan məlumatlar yaymaq”da ittiham edərək, həbs edib.

Qeyd edək ki, millət vəkili həmin nazirin daha əvvələr də bu hərəkətini ifşa etmişdi. Onun bu ifşasına görə parlamentdə çıxışına qadağa da qoyulmuşdu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol