“Rusiya artıq Ukrayna limanlarına girişlərdə əlavə minalar yerləşdirir”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Milli təhlükəsizlik şurasının rəsmi nümayəndəsi Adam Xoc bildirib.
“Hesab edirik ki, məqsəd istənilən mülki gəmiyə qarşı hücumu Ukraynanın üzərinə atmaqdır”, - deyə Ağ ev rəsmisi bildirib.
Xoc qeyd edib ki, Qara dənizdəki bütün gəmilər, o cümlədən mülki gəmilər Rusiya tərəfindən hədəf alına və buna görə məsuliyyət Ukraynanın üzərinə atıla bilər.
Xoc xatırladıb ki, Rusiya artıq “Taxıl sazişi”ni dayandırdığı barədə bəyanat verib və Ukrayna limanlarına yönələn istənilən ölkənin gəmisini vuracağına dair hədə-qorxu gəlib. Eyni zamanda, iyulun 18-də və 19-da Odessa və Nikolayev limanlarına raket zərbələri endirərək, 60 min ton taxılı məhv edib.
“AzPolitika.info”


Şərhlər