Menu

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb

20.07.2023, 17:08
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatının 1 il müddətinə uzadılması barədə qərar qəbul edib.

“Report” Aİ Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, xüsusi nümayəndənin mandatı 2024-cü il avqustun 31-dək uzadılıb.

Qeyd edək ki, T.Klaar 2017-ci il noyabrın 13-də bu vəzifəyə təyin olunub. Onun vəzifəsinə regionda münaqişələrin sülh yolu ilə həllinə yardım göstərmək, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığı təşviq etmək daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol