Qəbələ rayonunda uşaqları hədiyyələrlə aldadıb, xristian ədəbiyyatı yaymağa cəhd edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, rayonun Xırxatala kəndinə biri amerikalı, digərləri azərbaycanlılar olan turist qrupu gəlib. Onlar camaata deyiblər ki, kiçikyaşlı uşaqları toplayın, amerikalı qonaq uşaqlara hədiyyə gətirib. Oraya 20-30 uşaq toplanıb.
“Qonaqlar” onlara xristianlığın qaydalarından suallar verməyə başlayıblar, xristian ədəbiyyatı yaymağa çalışıblar. Kənddə dəfndən məscidə dönən kənd mollası təsadüfən oraya gəlib çıxıb və yad adamların missionerlik fəaliyyətinə imkan verməyib. Əlacsız qalan “qonaqlar” pərt olsalar da, özlərini sındırmayaraq, nəcib insanlar olduqlarını sübut etmək üçün uşaqlara hədiyyə (dəftər, qələm, oyuncaq) verərək maşınlara minib kəndi tərk ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə səsləndirilən iddialardan məlumatlıdırlar, araşdırma aparılır.

Şərhlər
Amerikan missionerlər bir zamanlar ac-yalavac,bədbəxt Afrika ölkələrinə gedib camaata seçkilər ərəfəsindəki deputatlığa namizədlərimiz düyüdən-makarondan-vermişeldən payladığı kimi hədiyyələr paylaya-paylaya xristian ədəbiyyatı yayaraq,məsəla,o boyda Anqolanı xristian ölkəsinə çevirə bildilər.Bizdə indi xüsusilə də kənd yerlərində elə Anqoladakı kimidi vəziyyət,iş-güc yoix,sosial yardım yox,uşaq pulu yox,pensiya 330 manat,millət ailə qurub arvad-uşağını qoyub Türkiyəyə,Qazaxıstana,Rusiyaya divar hörməyə,sement qarışdırmağa,toyuq hini düzəltməyə gedir,ona görə amerikanlar görüncə ki bizim kəndlərimiz elə Anqolanın,Papua New-Qvineanın,Trinidad-Tobaqonun bambuklu-bananlı kəndləri kimidi,o üzdən gəliblər bəxtlərini sınamağa.Yenə çar vaxtı Cahandar ağanın kəndinə xristianlar gəlmişdilər ki,uşaqları Qori seminariyasına aparsınlar,oxuyub adam olsunlar, cəmiyyətə xeyirləri dəysin.Bu xristianlar isə din dəyişməyə gəlibər.Maariflənməyə çar vaxtında molla Sadıq qoymadı deyə adam olammadıq,yaxşı ki bir neçə oxuyanımız oldu o seminariyada,onlar da Dumaya deputat seçiləndən sonra qayıdıb Azərbaycanı müstəqilləşdirdilər.Günümüzdə isə aclığımızdan istifadə edib dinimizi dəyişməyə gəlirlər ta okeanın o başından.Sağolsun Xırxatala mollası ki uşaqlarımızı bəladan qurtardı,necə ki molla Sadıq maariflənməkdən qurtarmışdı haa,bu da eləcə.