Xəbər verdiyimiz kimi, iyulun 17-də isə REAL-a Ədliyyə Nazirliyindən mənfi cavab daxil olub. İyulun 20-də REAL Partiyasının rəhbərliyi məsələ ilə bağlı mətbuat konfransı keçirib.
"AzPolitika.info" xəbər verir ki, partiyanın rəhbəri İlqar Məmmədov bildirib ki, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər isə vəfat etmiş şəxslərdir. Yalnız 463 nəfər barədə bilgilərə hər hansı irad olmayıb.
REAL-ın sədri Ədliyyə Nazirliyinə məktub göndərdiyini qeyd edib. O, partiya üzvlərinin reyestrinə dair iradları konkret göstərməyi xahiş edib.

Natiq Cəfərli
Partiyanın icraçı katibi Natiq Cəfərli deyib ki, REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək: “Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik. Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞ PA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı. REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividentlər qazandırıb. Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq”.
Xatırladaq ki, REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
Elman
"AzPolitika.info"

Şərhlər
Yaxşı olardı ki, imtinanın detalları barədə danışaydı, kontur arqumentlər gətirəydi, şantaja bənzər iddialarla çıxış etməzdi. yenə də müxalifət öz maraqlarını və yaxud partiya maraqlarını Azərbaycanın maraqlarından üstün tutur..no comment..
Qoymayın İrasim gəlir ( Söylü bacı ) Erkinə o mandatı verənlər də istədiyi vaxt geri alacaq ,utanmırsız ?Demirsiz saxta seçilib ,? Deməli elə üzvlərnizdə saxtadır ,ağılı olan İlqarla adının yan-yana çəkilməsindən utanc duyar , indi sizlər şantaja keçirsiz ? Hökumətin ağılı olsa hamınızı seçkiyə buraxar ,demokratik seçki keçirər ,o zaman görərsiz 98 -faiz partiyalar heç ailə üzvlərinin səsini qazana bilməz