Menu

Qirkini “vaqnerçi-deputat” tutdurub - “Putini təhqir etdiyi üçün...”

21.07.2023, 18:24
Qirkini “vaqnerçi-deputat” tutdurub - “Putini təhqir etdiyi üçün...”

Xəbər verildiyi kimi, Donbas separatçılarının sabiq lideri və Haaqa məhkəməsinin barəsində qiyabi ömürlük həbs cəzası çıxardığı İqor Strelikov(Qirkin) Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatı Qirkinin vaxtilə Yaroslav vilayətindən deputat olmuş “vaqnerçi” Dmitri Petrovskinin şikayəti əsasında həbs edildiyini yazıb.

Petrovski özü bunu mətbuata təsdiqləyib və Qirkindən Putini təhqir etdiyi üçün şikayət etdiyini deyib. 

O, həmçinin, Qirkinin orduya yardım adıyla vəsait topladığını, lakin həmin vəsaitləri hara xərclədiyi barədə hesabat vermədiyini qeyd edib və tələb edib ki, hüquq-mühafizə orqanları bunu da araşdırsınlar.

Qirkinin tərəfdarlarının toplaşdığı “Qəzəbli vətənpərvərlər” təşkilatı isə onun sifarişlə həbs olunduğunu bəyan edərək, dərhal azad olunmasını tələb ediblər. Qirkinin vəkili isə onun ekstremizm maddəsilə saxlanıldığını təsdiqləyib.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol