Menu

Ukraynada sovet əsgərinə ucaldılmış daha 9 abidə sökülüb

22.07.2023, 10:20
Ukraynada sovet əsgərinə ucaldılmış daha 9 abidə sökülüb

Ukraynanın qərbindəki Lvov vilayətində son sutka ərzində sovet əsgərlərinə ucaldılmış 9 abidə sökülüb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Telegram kanalı “Dekolonizasiya. Ukrayna" məlumat yayıb.

Kanalın məlumatına görə, abidələr Brodı, Orexovçik, Podkamen, Ponikovitsa, Rudniki, Semiqinov, Skelevka, Suxovolya və Yazlovchik qəsəbələrində sökülüb.

İyulun əvvəlində məlum olmuşdu ki, Lvov vilayətinin Vinniki şəhərində “xilaskar sovet əsgərinin” abidəsi sökülüb.

İyulun 1-də Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib ki, hakimiyyət bu ilin sonuna qədər sovet dövründən qalan bütün abidələrdən qurtulmağı planlaşdırır.

2015-ci ildə Ukrayna hakimiyyəti dekommunizasiya haqqında qanun qəbul edib. Həmim qanuna əsasən, ölkə küçələrin adlarının dəyişdirilməsinə, Sovet tarixi və Rusiya ilə bağlı abidələrin sökülməsinə başlayıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol