Menu

"İsveçin yeni səfirini qəbul etməyəcəyik” - İran XİN başçısı

22.07.2023, 11:31
"İsveçin yeni səfirini qəbul etməyəcəyik” - İran XİN başçısı

“İsveçdə Qurani-Kərim kitabı dəfələrlə təhqir edildiyi üçün biz bu ölkənin İrana yeni təyin olunan səfirini qəbul etməyəcəyik”.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O, İsveçə yeni səfir göndərməyəcəklərini də vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim kitabı yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və başqa islam ölkələri etirazını bildirib.

Şərhlər

Senan 2023-07-22 15:53:46

c.abdullaxiyar,qan və can qardaşlarınız ( haylar) qərbi sərhədinizə yaxın yığır, başınızın çarəsin qılın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol