Ukraynanın müdafiə naziri Oleksiy Reznikov alyansın 2024-cü ilin yayında keçiriləcək sammitində ölkəsinin NATO-ya qəbul oluna biləcəyinə ümid etdiyini bildirib.
“AzPolitika.info” xəbər verir ki, o, CNN-ə müsahibəsində Vaşinqtonda keçiriləcək sammitin Ukraynanın NATO-ya üzvlüyünün veriləcəyi an ola biləcəyi barədə fikirlərini bölüşüb.
Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu, Ukrayna üçün mühüm gün ola bilər. O, həmçinin etiraf edib ki, ölkə yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra alyansa qoşula bilər. Reznikov münaqişənin gələn yaya qədər bitəcəyinə ümid etdiyini bildirib. Eyni zamanda, müdafiə naziri Kiyevin NATO-ya daxil olmaq üçün lazımi islahatları davam etdirəcəyini deyib.
“Newsweek” yazıb ki, Ukrayna Rusiya ilə birbaşa toqquşma ehtimalına görə hələlik NATO-ya qəbul edilə bilməz.
Daha əvvəl Almaniya kansleri Olaf Şolz Ukraynanın NATO-ya üzv ola bilməməsinin səbəbini açıqlamışdı.
Rüfət
AzPolitika.info


Şərhlər