Menu

Ukrayna işğal edilmiş torpaqların yarısını geri qaytarıb – Blinken

24.07.2023, 09:39
Ukrayna işğal edilmiş torpaqların yarısını geri qaytarıb – Blinken

Ukrayna Rusiyanın müharibə başlayandan bəri işğal etdiyi ərazilərin yarısını geri qaytarıb.

“AzPolitika.info” “Reuters”-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev daha çox əraziləri geri qazanmaq üçün “çox çətin mübarizə” ilə üzləşib.

"Bunlar hələ əks-hücumun nisbətən erkən günləridir" – deyən Blinken əks-hücum əməliyyatlarının bir neçə ay davam edə biləcəyini qeyd edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol