Krım səmasında 11 pilotsuz uçuş aparatı (PUA) “boğulub” və məhv edilib.
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu haqda Rusiya Federasiyası adından Krıma rəhbərlik edən Sergey Aksyonov Telegram kanalında bildirib.
Onun sözlərinə görə, bir aparatın qalıqları şəxsi evə ziyan vurub.
"Krım səmasında düşmənin 11 PUA-sı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və elektron döyüş texnikası ilə susdurulub. Cankoy rayonundakı sursat anbarı vurulub. Kirovski rayonundakı fərdi yaşayış evi də PUA-nın parçaları ilə zədələnib".
Region rəhbəri onu da bildirib ki, ilkin məlumatlara görə, xəsarət alan olmayıb. "İlkin məlumata görə, itki yoxdur", - deyə məlumatda deyilir.
Aksyonovun sözlərinə görə, bütün müvafiq idarələr yerlərdə işləyir. Rayon rəhbəri sakinləri sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.
Aksyonov onu da yazıb ki, Krımın Cankoy vilayətində dəmir yolu hissəsində, eləcə də Cankoy-Simferopol magistralında təhlükəsizlik məqsədilə hərəkət dayandırılıb.
"Təhlükəsizlik məqsədilə Cankoy rayonu və Cankoy-Simferopol avtomobil yolunda dəmir yolu hərəkəti dayandırılıb. Dolama marşrut xəritələri Krım Respublikasının Nəqliyyat Nazirliyinin rəsmi informasiya resurslarında dərc olunacaq", - Aksyonov yazıb.
Rüfət
AzPolitika.info


Şərhlər